STM əməkdaşları BMT-nin İnsan Hüquqları Mexanizmlərinə dair təlimdə iştirak ediblər

02.06.2025

30 may tarixində, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları Aytən Babayeva, İlyas Hüseynov və Tural İsmayılov "BMT-nin İnsan Hüquqlarının Müdafiəsi Mexanizmləri" mövzusunda təlimdə iştirak ediblər. Təlimdə sahə üzrə beynəlxalq təcrübəli təlimçi Sahib Məmmədov iştirakçıları mövzu ilə bağlı vacib istiqamətlər və əsas hallarla tanış edib və tədbirdə BMT Nizamnamə və müqavilə mexanizləri barədə, dövlətlər və maraqlı tərəflərin müvafiq prosesdə iştirakı ilə əlaqədar peşəkar təcrübə və əhəmiyyətli məlumatlar bölüşülüb. Təlim sual-cavab hissə ilə yekunlaşıb.